[b]“Qələbə qazanan tərəf biz olacağıq” – Fernandu Santoş[/b]
23.06.2017 - 17:46
[b]“Qələbə qazanan tərəf biz olacağıq” – Fernandu Santoş[/b]

“Rusiya və Yeni Zelandiya yığmaları fərqli komandalardı. Yeganə oxşar cəhətləri hər ikisinin 3 mərkəz müdafiəçisi ilə oynamasıdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santoş deyib.

 

Konfederasiyalar Kuboku-2017-də iştirak edən portuqaliyalılar qrupdakı sonuncu oyunlarını Yeni Zelandiyaya qarşı keçirəcəklər.

 

Bu haqda Rusiya mətbuatına danışan Santoş maraqlı fikirlər səsləndirib: “Yeni Zelandiya millisi ingilis futbolu sərgiləyir. Amma bu, məni narahat etmir. Çünki komandamdakı futbolçular müxtəlif turnirlərdə fərqli tərzdə oynamağı bacarırlar. Portuqaliya yığması həmişə yaxşı oyun göstərib. Əks halda, biz Avropa çempionu adını qazana bilməzdik. Bizi çətin matç gözləyir. Buna baxmayaraq, qələbə qazanan tərəf Portuqaliya olacaq”.

 

Qeyd edək ki, sabah keçiriləcək Yeni Zelandiya – Portuqaliya görüşü Bakı vaxtı ilə 19:00-da start götürəcək.

 

 

0