[b]“Zirə” yeni transferini açıqladı[/b]
25.06.2017 - 01:43
[b]“Zirə” yeni transferini açıqladı[/b]

Avropa Liqasının I təsnifat mərhələsinə hazırlaşan “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub.

 

Müdafiəçi ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.

 

Qeyd edək ki, Matey ölkəsində “İnternasional”, “Panduri”, “Syaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib. Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.

0