[b]Görülməmiş olay: Bütün komanda dopinq qəbul edib?[/b]
25.06.2017 - 16:16
[b]Görülməmiş olay: Bütün komanda dopinq qəbul edib?[/b]

FİFA Rusiya yığmasının futbolçularına qarşı araşdırmaya başlayıb. Apasport.az saytının məlumatına görə, rusiyalı oyunçular 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatı zamanı dopinq qəbul etməkdə şübhəli bilinirlər.

 

Ümumilikdə, 34 rusiyalı futbolçuya qarşı şübhə yaranıb. Yığmanın bütün 23 üzvü də şübhəlilər arasındadı. “Daily Mail” nəşrinin yaydığı məlumata görə, ilk dəfədi ki, bütün komanda dopinq qəbul etməkdə şübhəli bilinir.

 

Məlumata görə, FİFA bu barədə tutarlı faktlara sahibdi.

 

Qeyd edək ki, 2018-ci ildə dünya çempionatı Rusiyada keçiriləcək.

 

0