Natalya Məmmədovanın komandası İspaniya çempionatının pley-off mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb
17.04.2008 - 10:06
Natalya Məmmədovanın komandası İspaniya çempionatının pley-off mərhələsində ardıcıl üçüncü qələbəsini qazanıb
Bakı. Kənan Həsənov – APA-Sport. İspaniyanın qadınlar arasında voleybol Superliqasında pley-off mərhələsinin üçüncü oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın lideri Natalya Məmmədovanın icarə əsasında çıxış etdiyi “İkaro Palma” səfərdə “Seyns” klubuna 3:0 hesabı ilə qalib gəlib. Əsas heyətdə mübarizə aparan voleybolçumuz komandasının uğurunda önəmli rol oynayıb. Ardıcıl üçüncü qələbəsini qazanan “İkaro Palma” yer aldığı B qrupunda 6 xalla vahid liderdir. N.Məmmədovanın komandası növbəti oyununu aprelin 19-da doğma meydanda eyni rəqibə qarşı keçirəcək.
0