Rövşən Əhmədov: “Haqqımda çıxarılan cəza müddəti azaldılmalıdır”
17.04.2008 - 16:34
Rövşən Əhmədov: “Haqqımda çıxarılan cəza müddəti azaldılmalıdır”
Mingəçevir. Mehman Süleymanov – APA-Sport. “Hakimlər Komitəsinin çıxardığı qərara hörmət etməliyik”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında milli dərəcəli hakim Rövşən Əhmədov deyib. AFFA-nın Hakimlər Komitəsinin bu gün keçirilən iclasında “İnter” – “Karvan” (3:1) matçındakı idarəçiliyinə görə 5 oyunluq cəzalanan 41 yaşlı referi haqqında çıxarılan qərarı sərt sayıb: “Fikrimcə, 5 oyun çoxdur. Çünki hər səhv buraxana bu qədər cəza verilsə, onda oyun idarə etməyə hakim qalmaz. Hesab edirəm ki, haqqımda çıxarılan cəza müddəti azaldılmalıdır”.
0