Azərbaycanın futbol veteranları AFFA prezidentinə müraciət hazırlayır
18.04.2008 - 10:38
Azərbaycanın futbol veteranları AFFA prezidentinə müraciət hazırlayır
Bakı. Elşən Məmmədov-APA-Sport. “Neftçi” Veteranları Futbol Klubu AFFA prezidenti Rövnəq Abdullayevə müraciət hazırlayır. Bu haqda “APA-Sport” agentliyinə klubun prezidenti Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, müraciətdə veteran futbolçu İsgəndər Cavadovun aprelin 26-da İcraiyyə Komitəsi üzvlüyünə seçiləcəyi halda, R.Abdullayevin onu AFFA-nın vitse-prezidenti postuna təklif etməsi xahiş olunacaq. O.Abdullayev bildirib ki, hazırda bu məqsədlə veteranlardan imzalar toplanılır. Bu işin həftəsonunadək yekunlaşacağını deyən klub prezidenti müraciəti aprelin 21-də federasiya prezidentinə göndərəcəklərini açıqlayıb.
Qeyd edək ki, İ.Cavadovun namizədliyi Musa Qurbanovun başçılıq etdiyi Futbolçular Birliyi tərəfindən irəli sürülüb.
0