[b]Runi “yuva”ya döndü[/b][b] - FOTO[/b]
09.07.2017 - 16:43
[b]Runi “yuva”ya döndü[/b][b] - FOTO[/b]

“Everton” yetirməsi və keçmiş oyunçusu Ueyn Runinin transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, mersisaydlılar futbolçu ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubdan açıqlama verilib.

 

“Mançester Yunayted”lə müqaviləsi 2019-cu ildə sona çatmalı olan Runi yetirməsi olduğu klubuna dönmək üçün sona qədər gözləməyib.

 

31 yaşındakı futbolçu 2004-cü ildə keçdiyi “qırmızı şeytanlar”ın heyətində 13 il eçirib və 14 kubok qazanıb.

 

Qeyd edək ki, İngiltərə milli komandasında da çıxış edən Runi milli ilə 119 oyunda meydana çıxıb. 

0