Futbolda yeni dövr: Çəhrayı kart
23.05.2024 - 16:55
Futbolda yeni dövr: Çəhrayı kart

Bu yay Amerika Kubokunda çəhrayı kartdan istifadə ediləcək .

Apasport.az xəbər verir ki, Cənubi Amerika futbolunun idarəedici orqanı KONMEBOL yeni qaydanı təsdiqləyib. 

Yeni qaydalara əsasən, hakimlər komandalara əlavə əvəzedici oyunçu hüququ verən çəhrayı kartlardan istifadə edəcək. 

Çəhrayı kart baş zədəsi və ya beyin silkələnməsi şübhəsi halında veriləcək. Belə halda hakim və ya dördüncü hakim vəziyyətlə bağlı xəbərdar edilməlidir. 

 

0