SİZİN REKLAM BURADA

“Gördüklərim məni təəccübləndirdi” – Endi Hallidey

“Dünən də bildirmişdim ki, “Qəbələ” oyuna tam hazır deyil. Çünki komandada içi mən qarışıq yeni futbolçular çoxluq təşkil edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yeni transferi Endi Hallidey deyib.

 

Avropa Liqsının ikinci təsnifat mərhələsinin ilk oyununda “Yagelloniya” qarşısında meydana çıxan futbolçu matç haqda danışarkən çatışmazlıqlardan başlayıb: “Yeni futbolçuların gəldiyi komandaya uyğunlaşması, bir-birini başa düşməsi üçün zamana ehtiyacı olur. Avstriyadakı toplanış zamanı cəmi 10 gün bir yerdə məşq keçmişik və 3 yoldaşlıq oyununda gücümüzü sınamışıq. Bu amili nəzərə alaraq matçın çətin keçəcəyini bilirdik”.

 

Futbolçu birinci hissədə rəqibin daha fəal olduğunu fasilədən sonra nəzarəti ələ keçirdiklərini vurğulayıb: “İlk yarımsaatda üstünlük rəqibdə idi. Bundan istifadə edib qol da vurdular. Ancaq ikinci hissədə üstünlüyü tamamilə əlimizə keçirdik. Rəqib ancaq əks-hücumlarda oynayırdı”.

 

O, polşalılaırın fiziki baxımdan üstün təsir bağışlamasını isə belə izah edib: “Polşa təmsilçisinin üzvlərinin fiziki baxımdan bizdən üstün olmaları normaldı. Onlar toplanışın ilk günündən bir yerdə çalışırlar. Ona görə də anlaşma yüksək səviyyədədi”.

 

Cavab oyunu haqda isə Hallidey bunları deyib: “Bu hesab faciəvi nəticə deyil. Əlbəttə, cavab matçında işimiz çətin olacaq. Mütləq qol vurmalıyıq. İkinci hissədəki kimi oynasaq, qələbə bizim olacaq. Sadiondakı atmosferə gəlincə, ab-hava, sadəcə, möhtəşəm idi. Açığı, gördüklərim məni yaxşı mənada təəccübləndirdi”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10