[b]Renat Dadaşov “Ayntraxt”ın heyətində fərqləndi - VİDEO[/b]
15.07.2017 - 12:35
[b]Renat Dadaşov “Ayntraxt”ın heyətində fərqləndi - VİDEO[/b]

ABŞ-da təlim-məşq toplanışında olan “Ayntraxt” növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu komanda yerli “San Xose” klubu ilə qarşılaşıb.

 

Bu gün səhər saatlarında keçirilən və 14 min azarkeşin izlədiyi qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələnib. “Ayntraxt”ın yeganə qoluna 83-cü dəqiqədə Danni Blum imza atıb.

 

Maraqlıdı ki, Bluma məhsuldar ötürməni sonradan meydana daxil olan Dadaşov verib.

 

0