[b]“Qarabağ” “Kəpəz”lə bacarmadı[/b]
15.07.2017 - 21:17
[b]“Qarabağ” “Kəpəz”lə bacarmadı[/b]

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bakıda olan “Kəpəz”in əvəzedici heyəti ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatıan görə, “sarı-göylər” “Qarabağ”ın əvəzedici heyəti ilə qarşılaşıb.

 

Oyun qolsuz heç-heçə ilə nəticələnib – 0:0.

 

“Kəpəz” paytaxtda daha iki yoxlama görüşü keçirəcək. İyulun 17-də “Qəbələ”nin, ayın 20-də isə “Zirə”nin əvəzedici heyətləri rəqib olacaq.

0