SİZİN REKLAM BURADA

Son günlərin yüksələn ulduzu – “Qarabağ”ın hakimi

Çempionlar Liqasının II təsnifat mərhələsi cavab oyunu çərçivəsində baş tutacaq “Samtredia” – “Qarabağ” matçı serbiyalı Srdan Yovanoviçə tapşırılıb.

 

1986-cı ildə Belqradda anadan olan Srdan 2002-ci ildən hakimliyə başlayıb. 31 yaşlı referi Serbiya birinci liqasında 2004-cü ilin avqustunda debüt edib.

 

İki il əvvəl – 2015-ci ildə FİFA dərəcəsi alan serbiyalı bu müddətdə bir neçə oyunda əsas söz sahibi olub.

 

Həmin mövsüm Avropa Liqasının seçmə mərhələsində bir, növbəti il isə iki oyun idarə edən serbiyalı xüsusilə, 2017-ci ilə olduqca fəal başlayıb.

 

Gürcüstanda keçirilən U-19-lar arasında Avropa çempionatının qrup mərhələsində iki oyunun baş hakimi olan Yovanoviç final matçını da idarə edib.

 

Referinin bir qırmızı və üç sarı vərəqə göstərdiyi həlledici görüşdə İngiltərə Portuqaliyanı 2:1 hesabı ilə yenərək çempion olub.

 

İyulun 5-də başlayan qitə birinciliyi müddətində Gürcüstanda olan hakim bu dəfə də qonşu ölkədə keçiriləcək görüşə təyinat almaqla məsafə baxımından “əziyyət”dən xilas olub.

 

Srdan Yovanoviç ilk dəfə hansısa komandamızın oyununu idarə edəcək.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220