[b]Dadaşovun komandası yenə uduzdu[/b]
18.07.2017 - 12:43
[b]Dadaşovun komandası yenə uduzdu[/b]

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası “Ayntraxt” ABŞ-da təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Frankfurt təmsilçisi bu gün növbəti yoxlama matçına çıxıb.

 

Bundesliqa klubu yerli “Kolambus Kryu” ilə üz-üzə gəlib. Ola Kamaranın 26-cı dəqiqədə vurduğu yeganə qol amerikalılara 1:0 hesablı qələbə qazandırıb. “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç bu matçda həmyerlimizə şans verməyib. Xorvatiyalı mütəxəssis ümumilikdə 16 futbolçunu sınasa da, Renata ehtiyac duymayıb.

 

Qeyd edək ki, iyulun 15-də “Ayntraxt”ın “San Xose” ilə (1:4) yoldaşlıq görüşündə 45 dəqiqə mübarizə aparan Renat komandasının yeganə qolunun məhsuldar ötürməsini verib.

0