Heydər Əliyevin 85 illiyi münasibətilə Almaniyada peşəkar boks gecəsi təşkil ediləcək
19.04.2008 - 12:31
Heydər Əliyevin 85 illiyi münasibətilə Almaniyada peşəkar boks gecəsi təşkil ediləcək
Bakı. Elşən Məmmədov - APA-Sport. Almaniyanın Maqdeburq şəhərində yerli və Azərbaycan idmançılarının iştirakı ilə peşəkar boks gecəsi təşkil ediləcək. Bu haqda «APA-Sport» agentliyinə gecədə çıxış edəcək Azərbaycan boksçularının məşqçisi Elşən Abdulrəhimov məlumat verib. Onun sözlərinə görə, idman tədbiri mayın 10-da Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 85-ci illiyi münasibətilə reallaşacaq. Gecənin təşkilatçısı Almaniyada çalışan soydaşımız Yaşar Niftəliyev olacaq. Əvvəlcə boksçularımız Samir Həsənov (60,2 kq), Fərid Məhərrəmov (64,2 kq), Bəhruz Babayev (66,1 kq) və Əli Məmmədov (67,7 kq) rinqə çıxacaq. Onların rəqibləri yerli idmançılar olacaq. Gecənin sonunda Almaniyada yaşayan idmançımız Azad Nazimoğlu ilə yerli boksçu Nikol Şröyder arasında döyüş olacaq.
0