[b]“İnter” və “Yuventus” oynamış futbolçu vətənə döndü[/b]
19.07.2017 - 21:02
[b]“İnter” və “Yuventus” oynamış futbolçu vətənə döndü[/b]

Braziliya millisinin sabiq üzvü Hernanesin yeni klubu bəlli olub. Apasport.az saytının məlumatına görə, bu ilin əvvəlində “Yuventus”dan Çinin “Hebey Çayn Fortun” komandasına transfer olan 32 yaşlı yarımmüdafiəçi yenidən vətəninə üz tutub.

 

Hernanes bundan sonra futbolçu karyerasını başladığı “San Paolo”da top qovacaq. Bu barədə məlumatı klubun saytı açıqlama yayıb.

 

Xatırladaq ki, 2010-cu ildə məhz bu klubdan “Latsio”ya transfer olunan yarımmüdafiəçi, daha sonra “İnter” və “Yuventus”da da top qovub. O, 2008-2014-cü illər aralığında Braziliya millisinin də şərəfini qoruyub.

0