[b]Əliyar Ağayevə 90 dəqiqə bəs etmədi[/b]
20.07.2017 - 01:01
[b]Əliyar Ağayevə 90 dəqiqə bəs etmədi[/b]

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmaların birində azərbaycanlı hakimlər iş başında olublar.

 

Belə ki, Norvçedə keçirilmiş “Rusenburq” – “Dandalk” (İrlandiya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edib. Ona yan xətdə Zeynal Zeynalov və Rza Məmmədov kömək ediblər. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov olub.

 

Qarşılaşmanın 90 dəqiqəsi ilk matçda olduğu kimi 1:1 hesablı bərabərliklə başa çatıb. Belə olan halda əlavə vaxta ehtiyac duyulub. Meydan sahiblərinin oyunçusu Vilhyalmssonun 98-ci dəqiqədə vurduğu qol onlara qələbə qazandırıb.

 

Ağayev bu matçda hər komandaya 2 dəfə olmaqla, 4 dəfə sarı vərəqədən istifadə edib.

0