[b]“Sumqayıt” ərəblərə aman vermədi - YENİLƏNİB[/b]
20.07.2017 - 22:36
[b]“Sumqayıt” ərəblərə aman vermədi - YENİLƏNİB[/b]

2017-18 mövsümünə hazırlaşan “Sumqayıt” toplanışın 2-ci mərhələsi üçün yollandığı Boluda çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi bu gün növbəti yoxlama görüşünə çıxıb.

 

Baş məşqçi Samir Abasov yetirmələrini Səudiyyə Ərəbistanı klubu "Al-Fateh"lə matçda sınayıb. “VON Resort Hotel”inin stadionunda keçirilən qarşılaşma "kimyaçılar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Rəşad Eyyubovun dubl etdiyi oyunda bir qolu da Ramil Həsənov vurub.
 

Qeyd edək ki, 1958-ci ildə yaranan “Al-Fateh” son mövsümdə Səudiyyə Ərəbistanı Professional Liqasını 8-ci yerdə bitirib.

 

Yoxlama görüşü

20 iyul

"Sumqayıt" (Azərbaycan) - “Al-Fateh” (Səudiyyə Ərəbistanı) - 3:0

Qollar: Rəşad Eyyubov, 14, 37. Ramil Həsənov, 88

0