[b]Seqoviyanın dublu “Neftçi”yə qələbə qazandırdı - VİDEO[/b]
20.07.2017 - 11:12
[b]Seqoviyanın dublu “Neftçi”yə qələbə qazandırdı - VİDEO[/b]

“Neftçi” təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar” "Şüvəlan”la qarşılaşıb.

 

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Hər iki qola Daniel Seqoviya imza atıb.

 

“Neftçi”: Rəşad Əzizli, Georgi Navalovski (Məhəmməd Mirzəbəyov), Kirilo Petrov, Pavel Dreksa (Rahil Məmmədov), Məqsəd İsayev (Elşad Manafov), Fəhmin Muradbəyli (Elnur Cəfərov), Namik Ələskərov (Rəhman Hacıyev), Ruslan Abışov (Uqo Barqas), Edson Kastilyo (Tərzin Cahangirov), İqnasio Errera, Mirabdulla Abbasov (Daniel Seqoviya).

 

“Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu sabah "Zirə”yə qarşı keçirəcək.

 

0