[b]“Qəbələ”dən sıçrayış[/b]
21.07.2017 - 10:52
[b]“Qəbələ”dən sıçrayış[/b]

Avropa Liqasının II təsnifat mərhələsindən sonra klubların reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda Avropanın 442 komandası yer alıb.

 

Avropa Liqasında mərhələ adlayan “Qəbələ” hesabına 0,500 xal əlavə edib. Bununla, əmsalını 5,250-yə çatdıran təmsilçimiz 13 pilləlik sıçrayışa nail olub. Bir gün öncə Avropanın 181-cisi olan “Qəbələ” 168-ci yerə yüksəlib.

 

Digər komandalarımızın da mövqeyi dəyişib. Cari mövsüm avrokuboklarda oynamayan “Neftçi” öz əmsalı az olduğundan artıq ölkə reytinqindən gələn hissə ilə kifayətlənəcək. Bu üzdən bakılılar 7 pillə geriləyib.  Artıq “ağ-qaralar” ölkəmizin digər 4 komandası – “İnter”, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran”la eyni göstəriciyə malikdi. Bu komandalar 12 pillə irəliləyib.

 

Bir neçə gün əvvəl Çempionlar Liqasında mərhələ keçən “Qarabağ” da irəliləmişdi. 16,000 xala malik Ağdam klubu 78-ci yeri 75-ciyə dəyişib.

 

Qeyd edək ki, cədvələ “Real” başçılıq edir – 134,000 xal.

 

Azərbaycan klubları UEFA reytinqində

75. “Qarabağ” – 16,000

168. “Qəbələ” – 5,250

248-252. “Neftçi” – 3,400

“İnter” – 3,400

“Xəzər Lənkəran” – 3,400

“Zirə” – 3,400

“Kəpəz” – 3,400

 

 

 

0