[b]La Liqanın püşkü atıldı: İlk “El Klasiko”...[/b]
21.07.2017 - 15:25
[b]La Liqanın püşkü atıldı: İlk “El Klasiko”...[/b]

İspaniya La Liqasında 2017-18 mövsümünün püşkü atılıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, çempionat avqustun 19-da start götürəcək.

 

Ayın 19-20-də keçiriləcək ilk turda son çempion “Real” “Deportivo”nun qonağı olacaq. “Barselona” isə “Betis”i qəbul edəcək. Mövsümə gələn il mayın 20-də keçiriləcək oyunlarla yekun vurulacaq.

 

“Real”la “Barselona” arasındakı qarşılaşmaların vaxtı da bəllidi. Azarkeşlər ilk “El Klasiko”ya dekabrın 20-də, XVII tur çərçivəsində “Santyaqo Bernabeu”da tamaşa edəcəklər. Əzəli rəqiblər arasında II dövrənin qarşılaşması isə gələn il mayın 6-da (XXXVI tur) “Nou Kamp”da baş tutacaq.

 

La Liqada I turun təqvimi

“Sevilya” – “Espanyol”

“Malaqa” – “Eybar”

“Valensiya” – “Las Palmas”

“Selta” – “Real Sosyedad”

“Barselona” – “Betis”

“Deportivo” – “Real”

“Leqanes” – “Alaves”

“Levante” – “Vilyarreal”

“Xirona” – “Atletiko”

“Atletik” – “Xetafe”

0