[b]Azərbaycanlı futbolçu oynamadı, komandası məğlub oldu[/b]
22.07.2017 - 20:57
[b]Azərbaycanlı futbolçu oynamadı, komandası məğlub oldu[/b]

Rusiya 1-ci divizionunda 3-cü turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi “Fakel” də növbəti matçına çıxıb.

 

Voronej təmsilçisi səfərdə Sankt-Peterburq “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb - 0:2.

 

Əvvəlki iki turda start heyətdə meydana çıxıb, fasilədə əvəzlənən Samir bu görüşün iştirakçısı olmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, “Fakel” 3 turdan sonra cəmi 2 xalla 20 klub arasında 15-ci pillədə qərarlaşıb.

0