[b]Fequli “Qalatasaray”la anlaşdı[/b]
24.07.2017 - 16:22
[b]Fequli “Qalatasaray”la anlaşdı[/b]

Yay transfer dönəminin fəal komandalarından olan “Qalatasaray” daha bir əcnəbi oyunçunu heyətinə cəlb etməyə hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızlılar” “Vest Hem”in yarımmüdafiəçisi Sofian Fequli ilə anlaşıblar.

 

London təmsilçisi ilə 4,5 milyon avroya ortaq məxrəcə gələn İstanbul nəhəngi, nəhayət ki, Əlcəzair millisinin üzvünü də razı sala bilib. Onunla danışıq aparmaq üçün Fransaya yollanan “Qalatasaray”ın futbol direktoru Cenk Ərgün bu həftə keçidin rəsmiləşəcəyini bildirib.

 

Qeyd edək ki, “Qalatasaray” bundan əvvəl Maykon, Bafetimbi Qomis, Yunes Belhanda və Marianonu transfer edib.

0