[b]“Qarabağ”ın qapıçıları: Yubileylər və ya ilk[/b]
24.07.2017 - 17:01
[b]“Qarabağ”ın qapıçıları: Yubileylər və ya ilk[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin sabah keçiriləcək ilk oyunu “Qarabağ”ın qapıçısı İbrahim Şehiç üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, bosniya və herseqovinalı qolkiper “Şerif”lə qarşılaşmada meydana çıxsa, Ağdam klubunda yubiley oyununu keçirəcək.

 

İndiyədək əyalət təmsilçisinin heyətində 149 qarşılaşmaya çıxan əlcək sahibi 150-nin astanasındadı. II təsnifat mərhələsinin “Samtredia” ilə cavab oyununda yubileyi gerçəkləşməyən balkanlı növbəti matçı gözləyir. 2013-cü ilin yayından “Qarabağ”da çıxış edən Şehiç indiyədək keçirdiyi 149 matçda 99 qol buraxıb.

 

O, çempionatda 101, kubokda 11, avrokuboklarda 37 görüşə çıxıb. 150-ci matç həm də 40-cı avrokubok qarşılaşması olacaq. Çünki İbrahim daha iki dəfə vətənində avrokubok həyəcanı yaşayıb.

 

Qeyd edək ki, Şehiçin yubileyləri gerçəkləşməsə, Tiflisdə debüt edən ukraynalı Anton Kanibolski ilk dəfə doğma azarkeşlər önündə meydana çıxacaq.

0