[b]“Şerif”in kapitanı “Qarabağ”la oyundan danışdı[/b]
24.07.2017 - 20:34
[b]“Şerif”in kapitanı “Qarabağ”la oyundan danışdı[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda sabah “Qarabağ”ın qonağı olacaq “Şerif”in kaitanı Mateo Suşiç oyunöncəsi mətbuat konfransında iştirak edib. Apasport.az saytının məlumatına görə, bosniyalı futbolçu rəqibin əsasən əks-hücumlarda təhlükəli olduğunu deyib.

 

O, paytaxtımızı tərifləməyi də unutmayıb: “Birinci dəfədi Bakıdayam. Bura çox gözəl şəhərdi. İstərdim ki, sabah yaxşı nəticə əldə edək.

 

“Qarabağ” komanda olaraq yaxşı təsir bağışlayır. Rəqib xüsusilə, əks hücumlarda daha təhlükəli olur”.

0