[b]“Qəbələ” üçün “Karvan” xatirəsi[/b]
26.07.2017 - 15:55
[b]“Qəbələ” üçün “Karvan” xatirəsi[/b]

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirəcəyi sabahkı tarixdə Azərbaycanın 3 komandası meydana çıxıb. Apasport.az saytının məlumatına görə, iyulun 27-də avrokubok matçına çıxan ilk təmsilçimiz “Neftçi” olub.

 

2004-cü ilin yayındakı matçda bakılılar Rusiya MOİK-i ilə qarşılaşıb. Çempionlar Liqasının Bakıdakı görüşündə qalib müəyyənləşməyib – 0:0.

 

İki ildən sonra UEFA kubokunda çıxış edən klublarımız fərqli nəticələrə imza atıb. Slovakiyada Trnava “Spartak”ı ilə qarşılaşan “Karvan” səfərdəki cavab matçında 1:0 hesabı ilə qalib gəlib.

 

Eyni vaxtda “Qarabağ” Moldova “Zimbru”sunu qəbul edib. Ağdamlılar “Şəfa”dakı görüşün əsas vaxtında 1:1 hesablı nəticəyə imza atsa da, əlavə vaxtda buraxılan qol üzündən yarışla vidalaşıb.

 

Qeyd edək ki, “Qəbələ” sabah Afinada “Panatinaikos”un qonağı olacaq.

0