[b]“Şans həmişə var” – Fariz Nəcəfov[/b]
26.07.2017 - 18:10
[b]“Şans həmişə var” – Fariz Nəcəfov[/b]

“Panatinaikos” təkcə Yunanıstan deyil, Avropada zəngin ənənələrə malik əla klubdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

Klub rəsmisi Yunanıstan mətbuatına müsahibəsində Avropa Liqasının III təsnifat mərhələsinin “Panatinaiokos”la səfərdəki ilk matçı haqda fikirlərini açıqlayıb: “Mən bunu iki il əvvəl “Panatinaikos”la qarşılaşanda gördüm. Həmin vaxt biz rəqibi mübarizədən kənarlaşdıra bildik. Bu nəticə bizim üçün həftənin hadisəsi idi. Ötən müddətdə hər iki klubun heyətində ciddi dəyişikliklər olub. Amma bizim komandada həmin qarşılaşmalarda iştirak etmiş futbolçular da var. Düzdü, son iki mövsümdə Avropa Liqasının qrupunda oynamışıq. Lakin cütün favoriti “Panatinaikos”du. “Qəbələ” inkişafda olan gənc komandadı. Avrokuboklardakı hər matç bizim üçün böyük təcrübədi. Yenidən “Panatinaikos”u mübarizədən kənarlaşdırmağımız çətin olsa da, həmişə şans var. Biz də çalışacağıq ki, iki oyunun nəticəsinə görə qalib gəlib mərhələ adlayaq. Amma bu dəfə iki il əvvəlkindən daha çətin olacaq. Əminəm ki, futbolçularımız bunun üçün bütün bacarıqlarını ortaya qoyacaq ki, yaxşı nəticə qazanaq”

 

Qeyd edək ki, “Panatinaikos” – “Qəbələ” qarşılaşması sabah Afinada keçiriləcək.

0