"Real" Çempionlar Liqasının finalına vəsiqə qazandı - YENİLƏNİB
09.05.2024 - 01:02
"Real" Çempionlar Liqasının finalına vəsiqə qazandı - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Real Madrid" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edib. Gərgin keçən qarşılaşma Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb və ümumi hesabda 4:3 qalib gələn "Real" adını Çempionlar Liqasının finalına yazdıraraq Dortmund "Borussiya"sına rəqib olub. 

23:00. “Real” (İspaniya) – “Bayern” (Almaniya) 2:1 

Qollar: Xoselu, 88, 90 - Alfonso Deyvis, 68
Baş hakim: Şimon Marçinyak (Polşa).
“Santyaqo Bernabeu” stadionu.
İlk oyun – 2:2.

1