[b]Prosineçki avrokubok oyunlarını niyə izləmir?[/b]
27.07.2017 - 11:29
[b]Prosineçki avrokubok oyunlarını niyə izləmir?[/b]

Azərbaycan klubları avrokubokların yeni mövsümündə artıq 13 oyun keçirmələrinə baxmayaraq, milli komandamızın baş məşqçisi Robert Prosineçki heç birində gözə dəyməyib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə”nin matçlarında xorvatiyalı mütəxəssisin köməkçiləri iş başında olublar.

 

Prosineçkinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə səfər qarşılaşması öncəsi futbolçuları izləməməsinin səbəbi isə onun istirahətdə olmasıdı. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu əməkdaşımızla söhbətində 48 yaşlı mütəxəssisin məzuniyyətdə olduğunu bildirib: “Prosineçki məzuniyyətdə olsa da, oyunları televiziya vasitəsilə izləyir. Üstəlik, köməkçiləri də matçlara gedir, qeydlərini götürürlər”.

 

Qeyd edək ki, millimiz Norveçlə sentyabrın 1-də Osloda üz-üzə gələcək.

0