[b]“Yagelloniya”nın kapitanı “Qəbələ” ilə oyundan danışdı[/b]
27.07.2017 - 16:17
[b]“Yagelloniya”nın kapitanı “Qəbələ” ilə oyundan danışdı[/b]

“Əminəm ki, əhval-ruhiyyəmiz daha yaxşı ola bilərdi”. Apasport.az-ın məlumatına görə, bu sözləri “Yagelloniya”nın futbolçusu Rafal Qrzib deyib.

 

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Belostok klubunun kapitanı Polşa mətbuatına müsahibə verib. Avrokubok macərasına da toxunan Qrzib bir həftə əvvəlki məğlubiyyətin acısını hələ də çəkdiklərini bildirib: “Düzdü, Avropa Liqasının “Qəbələ” ilə oyunlarında favorit sayılmırdıq. Amma Bakıdakı ilk görüşdən sonra çox ümidli idik. Azərbaycanda kifayət qədər yaxşı futbol oynamışdıq. Təəssüflənirəm ki, belə imkandan istifadə edə bilmədik. Hərə bir cür, özünəməxsus şəkildə peşmançılıq çəkir, üzüntüsünü yaşayır. Lakin bu məğlubiyyəti tez unutmağı da bilirik. “Qəbələ”yə uduzmağımızı stresslə, əsəb gərginliyi ilə bağlamazdım. Əgər gərginlik var idisə də, bu, ancaq müsbət emosiyalar idi. Bizim evdə qalib gəlmək şansımız daha çox idi, nəinki uduzmaq. Təsadüfi rəqiblə deyil, son illərdə Avropa Liqasının qrupunda oynamış komanda ilə görüşürdük. Rəqibimiz təcrübəyə malik idi”.

 

Qeyd edək ki, “Qəbələ” Bakıda 1:1 hesablı heç-heçə etdiyi “Yagelloniya”nı səfərdə 2 cavabsız qolla məğlub edib.

 

0