[b]“İnter” “Bavariya”ya qalib gəldi[/b] - VİDEO
27.07.2017 - 17:38
[b]“İnter” “Bavariya”ya qalib gəldi[/b] - VİDEO

Beynəlxalq Çempionlar Kuboku turnirində növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Bavariya” “İnter”lə üz-üzə gəlib.

 

Sinqapurda baş tutan görüşə fəal başlayan italyanlar ilk hissədə Ederin iki cavabsız qolu sayəsində önə keçiblər. Fasilədən sonra qapılara qol vurulmayıb və “İnter” 2:0 hesablı qələbə qazanıb.

 

“Bavariya” – “İnter” – 0:2

Qollar: Eder, 8, 30

“Bavariya” (Almaniya): Ulrix (Hoffmann, 69), Alaba, Hummels (Xavi Martines, 46), Rafinya (Fridl, 46), Dorş, Tolisso (Renato Sançes, 46), Getze, Hames Rodriges (Müller, 46), Koman, Riberi (Pantoviç, 33), Levandovski (Vintzeymer, 69)

“İnter” (İtaliya): Handanoviç, Miranda (Murilyo, 84), Skriniar (Ranokkiya, 90), Dambrosio (Ansaldi, 84), Naqatomo (Valyetti, 90), Valero (Qalyardini, 66), Kondoqbiya, Kandreva (Byabyani, 65), Mario (Brozoviç, 66), Perişiç (Pinamonti, 84), Eder (Qabriel, 50)

0