[b]20-ci tanış[/b]
28.07.2017 - 01:39
[b]20-ci tanış[/b]

Yunanıstanın “Panatinaikos” klubu avrokuboklarda ən azı 2-ci dəfə Azərbaycan təmsilçisinə rəqib olan 20-ci komandadı. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə görüşən afinalılar 2 il öncə də eyni rəqiblə qarşılaşıb.

 

Həmin vaxt heç-heçələri sıralayan (0:0, 2:2) rəqiblərin bu dəfəki duelində Yunanıstan klubu üstün olub – 1:0.

 

“Panatinaikos”a qədər 19 klub iki və daha çox dueldə təmsilçilərimizlə görüşüb. Onlar arasında daha bir Yunanıstan komandası – PAOK da var.

 

Qeyd edək ki, bu göstəricidə rekord “Lex”ə məxsusdu. Polşa təmsilçisi 4 dəfə - 8 matçda komandalarımızla görüşüb.

0