[b]“Bakıdakı görüşə də qələbə üçün çıxacağıq” – Karlos Zeka[/b]
28.07.2017 - 10:28
[b]“Bakıdakı görüşə də qələbə üçün çıxacağıq” – Karlos Zeka[/b]

“Bu gün biz daha güclü idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Panatinaikos”un kapitanı Karlos Zeka deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ”ni qəbul edən Afina təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

 

Yunanıstan mətbuatına açıqlama verən Zeka matçla bağlı fikirlərini bildirib. Qələbəyə layiq olduqlarını deyən 29 yaşlı yarımmüdafiəçi hesabdan narazılığını dilə gətirib: “Bakıya qələbə ilə yollanmaq vacib idi. Buna da nail olduq. Amma daha çox qol vurmağa layiq idik. Düzdü, 1:0 hesablı qələbə də yaxşı nəticədi. Əsas odu ki, ilk oyunda qalib gəldik. Sadəcə, hesab arasındakı fərq daha böyük olmalı idi. Adətən qol imkanlarını xərcləyəndə öz qapından top buraxırsan. Yaxşı ki, bu baş vermədi”.

 

Əslən portuqaliyalı olan, lakin Yunanıstan yığmasına çağırılan Zeka Bakıya da qələbə dalınca gələcəklərini qeyd edib: “Üstünlüyümüz var, amma səfərdə bunu qorumaq üçün oynasaq, problemlə üzləşə bilərik. Buna görə də, Bakıdakı görüşə də qələbə üçün çıxacağıq”.

                                          

Qeyd edək ki, “Qəbələ”nin “Panatinaikos”la cavab matçı avqustun 3-də baş tutacaq.

0