[b]“Azərbaycanda əsl şou olacaq” – “Panatinaikos”un prezidenti[/b]
28.07.2017 - 12:03
[b]“Azərbaycanda əsl şou olacaq” – “Panatinaikos”un prezidenti[/b]

“Bizim üçün çox yaxşı gecə idi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Panatinaikos” klubunun prezidenti Manos Mavrokukulakis deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”ni qəbul edən Afina klubu ilk görüşdə 1:0 hesablı qələbə qazanıb.

 

Ölkəsinin mətbuatına açıqlama verən Mavrokukulakis oyundan razı qaldığını söyləyib: “Biz yaxşı futbol nümayiş etdirdik. Onu da nəzərə alaq ki, bəzi futbolçularımız hələ tam hazır deyillər. Buna rəğmən, komandamızın “Qəbələ”yə qarşı göstərdiyi oyun xoşuma gəldi. Yeni mövsümdə özümüzə uğur arzulayıram. Qazandığımız qələbələr, nailiyyətlərlə azarkeşlərimizi sevindirəcəyik”.

 

Mavrokukulakis Bakıda baş tutacaq cavab qarşılaşmasının da maraqlı keçəcəyini qeyd edib: “Azarkeşlər Azərbaycanda əsl şou izləyəcəklər. Növbəti mərhələyə vəsiqəni Bakıda reallaşdırmaq bizim üçün əla olar”.

 

Qeyd edək ki, avqustun 3-də, 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Panatinaikos” qarşılaşması saat 21:00-da start götürəcək.  

 

 

0