[b]“1:0 hesablı qalibiyyət yaxşı nəticədi”[/b]
28.07.2017 - 13:01
[b]“1:0 hesablı qalibiyyət yaxşı nəticədi”[/b]

“2-3 qol vurmaq istəyirdik. Amma əsas odu ki, qələbə qazandıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Panatinaikos”un futbolçusu Anastasios Çatzigiovannis deyib.

 

Yunanıstan mətbuatına açıqlama verən 20 yaşlı hücumçu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutmuş “Panatinaikos” – “Qəbələ” matçı haqda danışıb.

 

Çatzigiovannis qeydə alınan nəticədən razı olduğunu bildirib: “1:0 hesablı qalibiyyət də yaxşı nəticədi. Meydana “Qəbələ”ni məğlub etmək üçün çıxmışdıq. Bu missiyanın öhdəsindən gəldik. Sona qədər mübarizə apardıq. Baxımlı oyun nümayiş etdirdiyimizi düşünürəm. Yaxşı komanda olduğumuzu sübuta yetirdik. Matç ərzində daha 1-2 qol vura bilərdik. Bunun üçün şanslarımız oldu. Amma qol imkanlarından lazımınca yararlana bilmədik”.

 

Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması avqustun 3-də Bakıda keçiriləcək.  

 

 

0