[b]“Sumqayıt” Türkiyədən qələbə ilə dönür[/b]
29.07.2017 - 10:21
[b]“Sumqayıt” Türkiyədən qələbə ilə dönür[/b]

2017/18 mövsümünə hazırlaşan "Sumqayıt" Türkiyə toplanışında son yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Samir Abasovun yetirmələri Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Taavoun"la üz-üzə gəlib.

 

"Fənərbaxça" klubunun təlim-məşq bazasında baş tutan oyunda "Sumqayıt" minimal hesabla qələbə qazanıb. Qarşılaşmada yeganə qolu 4-cü dəqiqədə Cavid İmamverdiyev vurub.

 

Bununla da, "Sumqayıt" Bolu toplanışını başa vurub.

 

Yoxlama oyunu

Topuk Yaylası İdman Kompleksinin stadionu

 

"Al-Taavoun" - "Sumqayıt" FK 0:1

Qol: Cavid İmamverdiyev, 3.

"Sumqayıt": 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 18. Tural Axundov, 5. Vüqar Bəybalayev, 97. Xəyal Nəcəfov, 32. Rəşad Eyyubov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 9. Amil Yunanov.

Oyuna sonradan daxil olanlar: 6. Kamal Mirzəyev, 2. Rail Məlikov, 90. Ramil Həsənov, 11. Ehtiram Şahverdiyev.

 

0