[b]FİFA-nın sprey qalmaqalı[/b]
29.07.2017 - 13:02
[b]FİFA-nın sprey qalmaqalı[/b]

FİFA yeni qalmaqalla üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, buna hakimlərin futbol meydanlarında istifadə etdiyi sprey səbəb olub.

 

Belə ki, az sonra itməsi ilə fərqlənən bu spreyi icad edən braziliyalı Qeyne Allemanye FİFA-ya “müharibə” elan edib. Biznesmen kəşfinin futbolda istifadəsi üçün qurumdan 30 milyon avro tələb edir.

 

FİFA-nın onun tələblərinə məhəl qoymadığını görən braziliyalı Futbol Assosiasiyaları Beynəlxalq Şurasına (İFAB) da müraciət edib. O, spreylərdən istifadənin dayandırılması tələbi ilə çıxış edir. Cənubi amerikalı istəyinə çatmasa, məhkəmələrə qədər getməkdən də çəkinməyəcək.

 

Allemanye pulu deyil, ədaləti düşündüyünü açıqlayıb: “Mən bu sprey üçün patent almışam. FİFA isə buna məhəl qoymur. Bunu nə tanınmaq, nə də 30 milyon avro üçün edirəm. Sadəcə ədalət istəyirəm”.

 

Qeyd edək ki, Allemanye “Spuny” adlanan spreyi 2000-ci ildə hazırlayıb. Artıq növbəti il Braziliya çempionatı və Joao Avelanj kubokunda bundan istifadə edilib. 2002-ci ildə isə biznesmen icadını patentləşdirib.

 

0