[b]222 milyon avroluq çek - FOTO[/b]
05.08.2017 - 15:15
[b]222 milyon avroluq çek - FOTO[/b]

PSJ-nin Neymarın keçidinə görə “Barselona”ya ödədiyi 222 milyon avroluq çekin fotosu yayılıb. Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçunun transferinə bu qədər məbləğin xərcləndiyini təsdiqləyən çekin şəkli sosial şəbəkələrdə paylaşılıb.

 

Çekin Qətər Milli Bankına məxsus olduğu üzə çıxıb.

 

Qeyd edək ki, bununla da Neymar futbol tarixinin ən bahalı transferi adını ələ keçirib. Əvvəlki rekord isə “Mançester Yunayted”in 105 milyon avro qarşılığında heyətinə qatdığı Pol Poqbaya məxsus idi.

 

0