[b]Yığmamızın oyunçularının Türkiyədə ilk rəqibləri bəlli oldu[/b]
09.08.2017 - 14:11
[b]Yığmamızın oyunçularının Türkiyədə ilk rəqibləri bəlli oldu[/b]

Qadın voleybolçulardan ibarət Türkiyə Sultanlar Liqasının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 18-də start götürəcək yarışda Azərbaycan millisinin oyunçularının debütdə hansı komanda ilə oynayacağı da müəyyənləşib.

 

Belə ki, yığmamızın kapitanı Odina Bayramovanın şərəfini qoruyacağı “Seramiksan” Türkiyə çempionatında I turda “Çanakkale Bld” klubunun qonağı olacaq. Millimizin hücumçusu Polina Rəhimovanın çıxış edəcəyi “Fənərbaxça” da mövsümə səfərdə başlayacaq. Onlar “Bursa BŞB” üz-üzə gələcəklər.

 

Digər hücumçumuz Yana Kulan oynayacağı “Beylikdüzü” isə “Əczaçıbaşı”nı qəbul edəcək.

0