[b]Nəsirov oynamadı, komandası uduzdu[/b]
12.08.2017 - 22:14
[b]Nəsirov oynamadı, komandası uduzdu[/b]

Futbol üzrə Portuqaliya çempionatının 2-ci liqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" növbəti matçına çıxıb.

 

Lissabon təmsilçisi doğma meydanda "Akademika Vizeu" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

 

Nəsirov matçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

 

Qeyd edək ki, "Sportinq" hazırda 3 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.

 

 

0