[b]"Qəbələ" "İnter"i biabır etdi[/b]
13.08.2017 - 21:46
[b]"Qəbələ" "İnter"i biabır etdi[/b]

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında I turun daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında "İnter" "Qəbələ"ni qəbul edib.

 

Görüş Bakı təmsilçisi üçün uğursuz alınıb. Onlar ilk topu buraxdıqdan sonra hesabı bərabərləşdirsələr də, yekunda 2:6 hesabı ilə uduzublar.

 

"İnter" - "Qəbələ" - 2:6      

Qollar: Oleq Hüseynov (p.), 24; Rafael Məhərrəmli, 80 - Roman Hüseynov, 10; Fərid Nəbiyev, 44; Ülvi İsgəndərov, 45; Sinan Akkoyun, 76 (ö.q); Baxışəli Baxışəliyev, 90; Tural Məmmərzəyev, 90+1

 

Qeyd edək ki, I turun ilk matçında "Neftçi" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. Turun digər 2 qarşılaşması isə sabah oynanılacaq. 

0