[b]Nazarovun komandasından vida[/b]
14.08.2017 - 09:25
[b]Nazarovun komandasından vida[/b]

Almaniya Kubokunda yeni mövsümün ilk mərhələsinin oyunları keçirilir. Apasport.az saytı xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” səfərdə “Vehen”lə üz-üzə gəlib.

 

0:2 hesabı ilə uduzan II Bundesliqa təmsilçisi kubokla vidalaşıb.

 

Bu mövsümdən “Aue”də 10 nömrəli formanı geyinən Nazarov start heyətində yer alıb. 90 dəqiqə meydanda qalan yığmamızın futbolçusu komandasını məğlubiyyətdən xilas edə bilməyib.

0