[b]20-ci qol[/b]
14.08.2017 - 12:46
[b]20-ci qol[/b]

Azərbaycan Premyer Liqasının I turu “Sumqayıt”ın futbolçusu Amil Yunanov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, gənc hücumçu “Kəpəz”lə qarşılaşmada komandasına qələbə qazandıran qola imza atıb.

 

Bu, Amilin Azərbaycan çempionatlarında 20-ci qolu olub. Bunadək 19 dəfə fərqlənən futbolçu Premyer Liqada 20-ci qolunu doğma divarlar arasında qeyd edib.

 

Yunanov 20-yə 55-ci oyununda çatıb. O, vurduğu qollardan birini “Qəbələ”, 19-nu “Sumqayıt”da vurub.

 

Qeyd edək ki, “Sumqayıt” “Kəpəz”lə matçda 2:1 hesabı ilə qalib gəlib.

0