[b]Maksim Medvedev 60-cı avrokubok matçına çıxır[/b]
15.08.2017 - 14:01
[b]Maksim Medvedev 60-cı avrokubok matçına çıxır[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi avrokuboklarda 60-cı matçına çıxacaq.

 

Danimarkanın “Kopenhagen” klubu ilə bugünkü görüşədək Maksim 59 dəfə qitəmiqyaslı matçda iştirak edib.

 

İndiyədək qol hesabını aça bilməyən futbolçu 15 dəfə sarı vərəqə ilə cəzalanıb. 59 matçın 12-si Çempionlar Liqasına təsadüf edib. O, Avropa Liqasında isə 47 dəfə meydana çıxıb. Sarı vərəqələrdən üçü qitənin ən nüfuzlu klub turnirində, 12-si Avropa Liqasında qeydə alınıb.

 

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı saat 20:00-da başlayacaq.

0