[b]“Meydana onun tapşırığını icra etmək üçün çıxırıq” - Ansi Aqolli[/b]
15.08.2017 - 23:39
[b]“Meydana onun tapşırığını icra etmək üçün çıxırıq” - Ansi Aqolli[/b]

Çempionlar Liqasının play-off mərhələsində “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın futbolçusu Ansi Aqollu qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb

 

- Oyundan sonra oyun haqda danışmaq çətin deyil?

- Çox çətin oyun oldu. Rəqibimiz təcrübəli və güclü komandadı. Bugünkü oyunla biz işimizin 50 faizini görmüş olduq. Təbii ki, növbəti həftə səfərdə keçirəcəyimiz oyun çox çətin olacaq. Bu dəfə rəqiblə onun meydanında qarşılaşacağıq. Şanslarımızdan istifadə etməyə çalışacağıq.

 

- Rəqibdən hansı komponentə görə üstün idiniz?

- Bu haqda baş məşqçimiz danışa bilər. Biz futbolçuyuq, meydana onun tapşırığını icra etmək üçün çıxırıq. Ancaq “Kopenhagen” kifayət qədər güclü komandadı. Biz də bu gün ən yaxşısını etməyə, meydanda göstərməyə çalışdıq. Yəni işimizi görməyimiz vacibdi.

 

- Oyundan sonra baş məşqçi nə dedi?

- Əlbəttə, qələbə qazandığımıza görə çox şad olduğunu bildirdi. Sabahdan yenə öz işimizi davam etdirəcəyik. 

0