[b]FİVB açıqladı: Azərbaycan dünyanın 24-cüsüdü[/b]
17.08.2017 - 10:15
[b]FİVB açıqladı: Azərbaycan dünyanın 24-cüsüdü[/b]

Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın komandaları arasında yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iştirak etmədiyimiz Qran-prinin yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.

 

Belə ki, komandamız son 3 ildə aktivinə xal əlavə edə bilməsə də, mövqeyini qoruyub. Faiq Qarayevin yetirmələri 33 xalla dünyanın 24-cü millisidi.

 

Avro-2017-də rəqibimiz olacaq Almaniya və Polşa da yerini dəyişməyib. Onlar müvafiq olaraq, 64 xalla 13-cü və 39 xalla 22-cidi. Qrupumuzda yer alan digər komanda – Macarıstan isə 3 pillə irəliləyib. Aktivindəki xalların sayını 20-yə çatdıran rəqibimiz 30-cu yerə qalxıb.

 

Siyahıya Qran-pridə 4-cü olan Çin başçılıq edir. Onlar 330 xala malikdi. İkinci yerdə ABŞ (298), üçüncü pillədə Serbiya (272) qərarlaşıb. Qran-prinin qalibi Braziliya aktivinə 50 xal əlavə etsə də, 4-cü yerdə qalıb (230 xal).

 

Qeyd edək ki, yığmamız Avropa Voleybol Konfederasiyasının siyahısında isə 16-cıdı. 

0