[b]İlin ən yaxşı məşqçisi adına 12 namizəd - SİYAHI[/b]
17.08.2017 - 21:23
[b]İlin ən yaxşı məşqçisi adına 12 namizəd - SİYAHI[/b]

FİFA bu ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb. Apasport.az saytı xəbər verir ki, siyahıya 12 çalışdırıcının adı daxil edilib.

 

Bunlardan üçü italyan, ikisi ispan, ikisi portuqal, ikisi argentinalı, biri alman, biri braziliyalı, biri isə fransız məşqçidi.

 

Namizədlərin siyahısını təqdim edirik:

Massimiliano Alleqri (İtaliya, "Yuventus")

Karlo Ançelotti (İtaliya, "Bavariya")

Antonio Konte (İtaliya, "Çelsi")

Luis Enrike (İspaniya, "Barselona"nın sabiq baş məşqçisi)

Xosep Qvardiola (İspaniya, "Mançester Siti")

Leonardu Jardim (Portuqaliya, "Monako")

Yoahim Löv (Almaniya, Almaniya yığması)

Joze Mourinyo (Portuqaliya, "Mançester Yunayted")

Maurisio Poçettino (Argentina, "Tottenhem")

Dieqo Simeone (Argentina, "Atletiko")

Tite (Braziliya, Braziliya yığması)

Zinəddin Zidan (Fransa, "Real")

 

Qeyd edək ki, ilin ən yaxşı məşqçisinin adı oktyabrın 23-də açıqlanacaq.

0