[b]“Qəbələ” əvəzedici heyətinə qalib gəldi[/b]
18.08.2017 - 10:41
[b]“Qəbələ” əvəzedici heyətinə qalib gəldi[/b]

Azərbaycan Premyer Liqasının II turunda “Sumqayıt”ı qəbul edəcək “Qəbələ” hazırlığını doğma məkanda davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” dünən yoxlama görüşü keçiriblər.

 

Belə ki, Roman Qriqorçukun yetirmələri “Qəbələ”nin əvəzedici heyəti ilə qarşılaşıblar. Oyun əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində qollara Ruslan Qurbanov və Elvin Məmmədov imza atıb.

 

Heyətdə zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirir.

 

Qeyd edək ki, avqustun 20-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı saat 20:00-da start götürəcək.

0