SİZİN REKLAM BURADA

Avtoqolla başladı, Tellur Mütəllimovla 600-ə çatdı

"Qəbələ” tarixində 600-cü qolu vurub. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu tarixi qol Azərbaycan Premyer Liqasının II turunun “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib.

 

40-cı dəqiqədə hesabı açan Tellur Mütəllimov klubun 12 illik tarixinə yubiley qolunun müəllifi kimi düşüb. Bu matçadək rəsmi oyunlarda 599 dəfə fərqlənən “qırmızı-qaralar” yubiley qoluna 455-ci matçında imza atıb.

 

İlk rəsmi oyununu 2005-ci il sentyabrın 21-də, I dəstədə oynadığı vaxt keçirən komanda Premyer Liqada 409, I dəstədə 72, Azərbaycan kubokunda da 84, avrokuboklarda 35 dəfə fərqlənib. Penaltilər seriyaları, həmçinin nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmamaqla vurulan bu topların 341-i evdə, 258-i səfərdə, 1-i neytral meydanda qeydə alınıb.

 

1-ci qol – İlqar İbrahimov (öz qapısına)

21.09.2005. “Göy-Göl” – “Şərur” – 8:0 (I dəstə)

 

100-cü qol – Vitali Balamestnı

07.04.2007. Gilan” – “Simurq” – 3:1 (Premyer Liqa)

 

200-cü qol – Tomaş Stolpa

20.11.2009. “Standard” – “Qəbələ” – 1:2 (Premyer Liqa)

 

300-cü qol – Viktor Mendi

29.04.2012. “Qəbələ” – “Bakı” – 4:0 (Premyer Liqa)

 

400-cü qol – Dodo

13.09.2014. “Simurq” – “Qəbələ” – 1:2 (Premyer Liqa)

 

500-cü qol – Sergey Zenyov

19.03.2016. “Qəbələ” – “Qarabağ” – 1:2 (Premyer Liqa)

 

600-cü qol – Tellur Mütəllilmov

20.08.2017. “Qəbələ” – “Sumqayıt” – 1:0 (Premyer Liqa)

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10