[b]İlqar Qurbanov sabiq komandasına qarşı oynayacaqmı?[/b]
21.08.2017 - 17:30
[b]İlqar Qurbanov sabiq komandasına qarşı oynayacaqmı?[/b]

Azərbaycan Premyer Liqasının III turunda “Qarabağ”ın qonağı olacaq “Qəbələ” oyuna itki ilə çıxacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar” İlqar Qurbanovun xidmətindən istifadə edə bilməyəcəklər.

 

Buna səbəb 31 yaşlı müdafiəçinin II turda “Sumqayıt”la qarşılaşmada zədələnməsidi. Oyunun startında ayağından xəsarət alan Qurbanov 12-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. Tibbi müayinədən sonra İlqarın barmağının qırıldığı müəyyənləşib. Həkimlərin ilkin ehtimalına görə, yığmamızın sabiq üzvü 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdi ki, Qurbanov sabiq komandasına qarşı oynaya bilməyəcək.

 

İlqar sabah Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcək. Məhz bundan sonra onun konkret nə vaxt sıraya dönəcəyi bəlli olacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” matçı avqustun 26-da baş tutacaq.

0