SİZİN REKLAM BURADA

“Qəbələ” “Dinamo”ya qalib gəldi

“Qəbələ” və Gürcüstanın “Dinamo” (Tbilisi) klublarının aşağı yaş qruplarından olan komandalar arasında ilk matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın U-13 və U-15-i Qəbələdə səfərdə olan qonşu ölkədən gələn həmyaşıdları ilə görüşüb.

 

13 yaşadək futbolçuların oyunu məhsuldar alınıb. 3:2 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Elmir Hüseynli, Murad Ələkbərov və Eşqin Əhmədov rəqib qapısına yol tapıb. U-15 komandalarının matçında isə 1 qol vurulub. Bu qarşılaşmada qonaqlar qalib gəlib. İki gündən sonra U-13 və U-15-lər yenidən üz-üzə gələcək.


Xatırladaq ki, iki klub arasında razılığa əsasən, “Dinamo”nun iki yaş qrupu üzrə təmsilçisi Qəbələdə hazırlıq keçib, yoxlama oyunları keçiriləcək. Bir neçə aydan sonra isə “qırmızı-qaralar”ın digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfər edəcək.

Mənbə: gabalafc.az

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10